AZAL Bakı-Tbilisi-Bakı istiqaməti üzrə uçuşlarını cədvəl üzrə yerinə yetirəcək

Tbilisidə hökm sürən əlverişsiz hava ilə əlaqədar “Georgian Wings” aviaşirkətinin Heydər Əliyev Beynəlxalq Aeroportuna 12 yanvar 2024-cü il tarixinə nəzərdə tutulan reysi ləğv edilib.

Metbuat.az xəbər verir ki, lakin milli aviadaşıyıcımız AZAL-ın Bakı-Tbilisi və əks istiqamətdə bu günə olan bütün uçuşlarının cədvəl üzrə yerinə yetirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, sərnişinlər uçuş statusu haqqında əlavə məlumatı Bakı hava limanının veb-saytında və ya aviaşirkətlərlə əlaqə saxlayaraq əldə edə bilərlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR