Messi Ronaldo ilə meydana çıxmaq üçün səbirsizlənir - FOTO

Lionel Messi futboldakı ən böyük rəqibi Kriştiano Ronaldo ilə qarşılaşmaq üçün üçün səbirsizdir.

Metbuat.az xəbər verir ki, bu barədə Messi sosial media hesabında yazıb. "Səudiyyə Ərəbistanının ən yaxşı klubları ilə qarşılaşacağımız "İnter Mayami" ilə birlikdə bu tarixi turnirin bir hissəsi olmaq üçün səbirsizlənirəm" - Messi sosial media hesabında qeyd edib.

Qeyd edək ki, MLS və Səudiyyə Ərəbistanı Pro Liqasının aparıcı komandalarının Ər-Riyadda üz-üzə gələcəyi açıqlanıb. Bu hazırlıq turnirində "İnter Mayami" də "Əl-Hilal"la qarşılaşacaq.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR