Zelenski Ukraynaya 50 milyard avroluq yardımın anonsunu verdi

Ukrayna Prezidenti Vladimir Zelenski fevralın 1-də Avropa İttifaqından 50 milyard avro məbləğində Ukrayna Fondunun yaradılması ilə bağlı müsbət nəticə gözlədiyini bildirib.

Metbuat.az xəbər verir ki, bunu Ukrayna Prezidenti bildirib.

"50 milyard avro məbləğində uzunmüddətli dəstək ilə bağlı məhz fevralın 1-də müsbət qərarın verilməsi üçün çalışırıq. Əsl nəticəni fevralın 1-də sizinlə birlikdə görəcəyik. Bunun üzərində hər gün iş gedir.

Vaşinqtondan dayanan yardıma gəlincə, mən buna dekabrda etdiyim açıqlamadan daha müsbət nəticələrlə baxıram. Düşünürəm ki, biz bununla bağlı da müsbət nəticəyə nail olacağıq"- Zelenski vurğulayıb.

Prezident bu durumda hava hücumundan müdafiə ilə bağlı Ukraynanın mövcud gücünü də şərh edib: "Hava hücumundan müdafiə sistemləri kontekstində dövlətimizin hərtərəfli müdafiəsinə malik olduğumuzu söyləmək hələ tez olardı. “Patriot” sistemləri kifayət qədər deyil, fərqli diapazonlu kifayət qədər uyğun sistemlər yoxdur, la


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR