“Xanımıma toxunurdu, yumruqla başa saldım” - Bakıda məşhur gecə klubunda futbolçu dava edib?

“Neftçi”nin keçmiş hücumçusu Baqali Dabo gecə klublarının həvəskarı kimi tanınır. Əyləncə məkanlarına tez-tez baş çəkən fransız hücumçu vaxtını səmərəli keçirmək üçün bu üsuldan yararlanırdı.

Metbuat.az xəbər verir ki, Dabo Sportinfo.az-a verdiyi açıqlamada illər sonra maraqlı etiraf edib. O, Bakıdakı klubların birində xanımına sataşdığı üçün xarici müştərini yumruqladığını gizlətməyib:

“Kluba gedəndə də xanımımla gedirdim. Bir dəfə dava etmişəm, o da mən kiməsə sataşdığıma görə yox, başqa bir kişi həyat yoldaşımdan əl çəkmədiyinə görə.

Bir nəfər sarışın müştəri xanımımla danışmaq üçün israr edirdi. Deyəsən rusiyalı idi, amma slavyan olduğuna şübhə etmirəm.

Bir neçə dəfə həyat yoldaşıma yaxınlaşsa da, xanımım ondan uzaqlaşırdı. O isə əl çəkmək fikrində deyildi”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR