Tanınmış həkim "Milyonların şousu"nda rekord məbləğ uddu - FOTO

İctimai TV-nin efirində yayımlanan "Milyonların şousu"nda rekord məbləğdə pul mükafatı udulub.

Metbuat.az xəbər verir ki, tanınmış göz həkimi (oftalmoloq) Namiq Mustafayev sonuncu suala qədər yarışaraq 25 min manat qazanaraq rekord qırıb.

O, 15-ci suala cavab verməkdən imtina edərək oyunu dayandırıb.

Qeyd edək ki, N. Mustafayev veriliş tarixində 15-ci suala qədər gələrək sözügedən məbləği qazanan yeganə iştirakçıdır.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR