Buz bağlayan yollar - SİYAHI

Hava şəraiti ilə əlaqədar avtomobil yollarının vəziyyəti açıqlanıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Metbuat.az-a verilən məlumata görə, bəzi yollarda hərəkət təhlükəli olduğundan şinləri zincirlənmiş nəqliyyat vasitələrindən istifadə tövsiyə edilir:

- “ZƏFƏR yolu”: Yağıntı yoxdur, 4-5 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

- Toğanalı - Kəlbəcər - İstisu: Zəif qar yağır. Yolun Toğanalı kəndindən Murovdağ tuneli istiqamətində və tunelin başlanğıc hissəsindən Murovdağ istiqamətində şinləri zincirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur. Hazırda yolun qardan təmizlənməsi işləri aparılır. “Ömər aşırımı”na doğru yüksəkliyə qalxdıqca 12-14 dərəcə şaxta müşahidə olunur. Yolda əmələ gəlmiş buzlaşmaya qarşı müvafiq tədbirlər görülür.

- Qubadlı-Laçın: Yağıntı yoxdur, 8 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

- Füzuli-Hadrut: Yağıntı yoxdur, 3-4 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

- Bakı - Quba: Yağıntı yoxdur. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

- Giləzi - Xızı: Yağıntı yoxdur. 8 dərəcə şaxta var, qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

- Bakı-Qobustan: Hava çiskinlidir, Qobustan rayonu ərazisində 1-2 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

- Qobustan - Şamaxı - Muğanlı: Hava çiskinlidir, şaxta var, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

- Muğanlı – Ağsu-Yevlax: Qar yağmır. Yolun 143-km dən başlayaraq Ağsu dolaylarında yollar buz bağlayıb, tədbir görülür, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur. Muğanlı ərazisində 7-8 dərəcə şaxta var.

- Muğanlı - İsmayıllı: Yağıntı yoxdur, 9-14 dərəcə şaxta var. Yolda buzlaşma əmələ gəlmişdir. Buzlaşmanın aradan qaldırılması ilə əlaqədar hazırda müvafiq tədbirər görülür, nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

- İsmayıllı - Qəbələ - Oğuz- Şəki: Yağıntı yoxdur. İsmayıllı, Qəbələ və Oğuz rayonları ərazisində 9-12 dərəcə şaxta var, qum-duz səpilmişdir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

- Yevlax - Şəki - Qax - Zaqatala: Yağıntı yoxdur. 5-6 dərəcə şaxta var, qum-duz səpilmişdir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

- Şəmkir - Gədəbəy: Yağıntı yoxdur. 10 dərəcə şaxta var. Yolda buzlaşma əmələ gəlmiş, qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə işlər davam edir. Yolda nəqliyyat vasitələrinin hərəkəti qismən təmin olunur.

- Gəncə - Daşkəsən: Yağıntı yoxdur. 10 dərəcə şaxta var. Yolda buzlaşma əmələ gəlmiş, qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə işlər davam edir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

- Ələt - Astara: Yolda şaxta yoxdur. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

- Masallı – Yardımlı: Masallı rayonu ərazisində yağıntı yoxdur. 2-3 dərəcə şaxta var. Yardımlı rayonu ərazisində yağıntı yoxdur, 10-12 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

- Lənkəran – Lerik: Lənkəran rayonu ərazisində qar yağır. 1 dərəcə şaxta var. Lerik rayonu ərazisində yağıntı yoxdur, 5-6 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

- Bakı - Ələt – Hacıqabul – Ucar – Yevlax - Gəncə - Qazax: Hava çisginlidir, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

- Hacıqabul – Bəhramtəpə – Horadiz: Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR