"Barselona"dan 100 milyonluq transfer - Hücum xəttinə yeni qüvvə gəlir

İngiltərənin "Nyukasl" klubunun futbolçusu Bruno Gimarayns karyerasını İspaniyada davam etdirə bilər.

Metbuat.az xəbər verir ki, "Barselona" 26 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyir.

Kataloniya təmsilçisi braziliyalı oyunçu üçün 80 milyon avro ödəməyə hazırdır. Klub 100 milyon dollara yaxın olan qiyməti azaltmaq üçün bəzi futbolçularını da qarşı tərəfə təklif edəcək.

Qeyd edək ki, Gimaraynsın Premyer Liqa təmsilçisi ilə müqaviləsi 2028-ci ilə qədər qüvvədədir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR