Bakıda partlayışda xəsarət alan işçinin görüntüsü - VİDEO

Bakıda mebel sexində yanğınla nəticələnən partlayışda bir nəfər xəsarət alıb.

Metbuat.az-ın məlumatına görə, partlayış zamanı sexin işçilərindən biri üz və bədən nayihəsindən müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Xəsarət alan şəxs polis əməkdaşları tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Xatırladaq ki, bu gün səhər saatlarında paytaxtın 7-ci mikrorayon ərazisində güclü partlayış baş verib.

Hadisə Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən mebel sexində yanğın başlayıb.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri və polis əməkdaşları əraziyə cəlb olunub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR