"Real" ultimatum verdi, Mbappe qəzəbləndi - Gözlənilməz qərar

“PSJ”nin fransalı hücumçusu Kilian Mbappe ona təklif edilən şərtlərlə maraqlandığı üçün hazırkı komandada qala bilər.

Metbuat.az xəbər verir ki, bu barədə “LEquipe” nəşri məlumat yayıb.

Bildirilib ki, yanvarın əvvəlində məzuniyyətdən sonra Mbappenin “PSJ”nin prezidenti Nasser Əl-Xelaifi ilə keçirdiyi görüşdə müqavilənin şərtləri müzakirə olunub.

Onun həmçinin klubda qalmaq səbəbi “Real Madrid”in Mbappe qarşısında qoyduğu ultimatum ola bilər. Belə ki, futbolçu yanvarın sonuna kimi Madrid klubuna keçib-keçməməsi barədə məlumat verməlidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR