ABŞ gəmisi raketlə vuruldu - Bölgə böyük müharibənin astanasında

Yəməndə İranın dəstəklədiyi husilər Ədən körfəzində ABŞ gəmisini qanadlı raketlərlə hədəfə aldıqlarını açıqlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə husilərin hərbi sözçüsü Yəhya Seri açıqlama verib dedi. O bildirib ki, hədəf vurulub. Onun sözlərinə görə, bu, Qəzza zolağında İsrail tərəfindən indiyədək ən ağır qırğınlara məruz qalan Fələstin xalqının zülmünə qarşı bir qələbədir. Seri, bunun həm də ABŞ-ın hücumlarına cavab olduğunu qeyd edib. Bütün ABŞ və Böyük Britaniya döyüş gəmilərinin silahlı qüvvələrinin qanuni hədəfi olduğunu vurğulayan Seri, mümkün yeni hücumun cavabsız və cəzasız qalmayacağını vurğulayıb.

Qeyd edək ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Yəməndə husilərin nəzarətində olan bölgədən atılan ballistik raketin ABŞ-ın "Gibraltar Eagle" konteyner gəmisini vurduğunu açıqlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR