Xırdalana metro çəkiləcək? - RƏSMİ AÇIQLAMA

Bir müddət öncə Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında Bakının Qaraçuxur qəsəbəsinə və Xırdalan şəhərinə metro xəttinin çəkilməsi nəzərdə tutulduğu deyilsə də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bu faktı inkar edib. O bildirib ki, Bakıdan Xırdalana metro xəttinin inşası nəzərdə tutulmur.

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Metbuat.az-a bildirib ki, Xırdalana metro çəkilməsi ilə bağlı onlarda hər hansı bir məlumat yoxdur:


“Bu məlumatın hansı mənbədən qaynaqlandığını bilmirik. Bakı metropoliteni tərəfindən belə bir açıqlama da olmayıb. 2040-cı ilə qədər Bakının Baş planına uyğun olaraq görüləcək tədbirlərlə bağlı zamanı gəldikdə, ictimaiyyətə ətraflı məlumatlar təqdim olunacaq”.

Bəs hansı hallarda ərazidə metro çəkilişi baş tutmaya bilər?

Ekspert Elnur Fərzəliyev Metbuat.az-a açıqlamasında qeyd edib ki, metro xətləri çəkilməsi üçün ərazinin yeraltı quruluşu buna imkan verməlidir:


“Metro xətləri keçən ərazilərdən yeraltı qurunt suları, yeraltı çökmələr, böyük xəttli kommunikasiya, xətləri keçirsə, həmin ərazilərdə metro çəkilişi ciddi problemlər yaradır. Xırdalan şəhərinin ümumi əhali sayı qeydiyyatda olan əhalidən iki dəfəyə qədər çoxdur. Qısa müddət ərzində həmin əraziyə tələbat artdı və 100 minlərlə insan orada yaşamaq üçün axın etməyə başladı. Metro xəttlərinin çəkilməsi həmin ərazidə sıxlığın, tıxacın və insanların zaman itkisinin qarşısını ala bilər. Bu səbəbdən məsələnin reallaşması daha məqsədəuyğun olardı”.

Digər tərəfdən Sumqayıt və Xırdalan şəhərindən sürətli yerüstü qatar istifadəyə verildiyini xatırladan Elnur Fərzəliyev hesab edir ki, əgər metro xəttlərinin tikintisi baş tumasa, sürət qatarının intervalını artırmaq olar:

“İnkişaf etmiş ölkələrin təcrübələrində təkcə yeraltı deyil, yerüstü metrolar da var. Buna alternativ olaraq Bakı-Xırdalan-Sumqayıt qatarının gün ərzində gediş-gəliş intervalını çoxaltmaqla həmin ərazidə sıxlıq probleminin qarşısını ala bilərlər”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR