Uşaqlarımızı sürətlə yayılan qızılca virusundan necə qoruya bilərik?- Ekspert açıqladı

Son vaxtlar sürətlə yayılan qızılca virusu xüsusilə uşaqlar arasında ciddi sağlamlıq riski yaradır. Artıq bu xəstəlikdən həyatını itirən azyaşlılar da var.

Bu virusun sürətlə yayılmasına səbəb nədir? Özümüzü və ovladlarımızı bu bəladan necə qoruyaq?

Mövzu ilə bağlı Metbuat.az-a danısan Adil Qeybulla bildirib ki, qızılça xəstəliyinin bu gün dünyada yayılması təkcə vaksinasiya olunmamağa bağlı deyil: "Virus RNT daşıyıcı virus olduğuna görə, xassə dəyişə bilir və o xassədə müəyyən qədər dəyişdiyindikdə həmin bu yoluxma intensivliyinin artması müşahidə edilir.

Həkim qeyd edib ki, bu prosesdə vaksinasiya vacibdir: "Əgər insanlar vaksinasiya olunarsa, həmin şəxslər virusa yoluxanda bu xəstəliyi yüngül keçirir və onlar arasında ölüm halları olmur. Yəni vaksinasiya istənilən halda immuniteti möhkəmləndirir. Xəstəliyi keçirən adamlar isə ümumi immunitet qazanırlar. Ona görə də, biz uşaqları qorumaq üçün vaksinasiyanı mütləq etməliyik. Bir şeyi nəzərə almalıyıq ki, vaksin olunmayan uşaq nəinki özü üçün, hətta ətraf üçün də təhlükəlidir".

A. Qeybulla hesab edir ki, epidemioloji vəziyyət artıq bütün dünyada narahatlıq xarakteri almalıdır:

"Covid 19 pandemiyasından sonra insanların immun sistemində də təlatümlər var. Bu, nəzərə alınmalıdır. Bütün bunlar göstərir ki, milli peyvənd təqviminə ciddi əməl olunmalı, gigiyena qaydalarına riayət edilməlidir ki, bu cür xəstəliklərin qarşısı vaxtında alınsın".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı