Faciəvi şəkildə ölən polisin görüntüsü - FOTO

Hacıqabul-Horadiz yolunda baş verən yol qəzasında həyatını itirən polis nəfəri ilə bağlı daha bir təfərrüat məlum olub.

Metbuat.az-ın məlumatına görə, polis nəfəri, Sabirabad rayon sakini, 1983-cü il təvəllüdlü Məmmədov Davud Rafiq oğlu Sabirabad rayonunun Qaragüney polis bölməsinin əməkdaşı olub. Əslən Sabirabad rayonunun Minbaşı kəndindən olan D. Məmmədov elə həmin kənddə yaşayırmış. Mərhumun 3 azyaşlı övladı qalıb.

D. Məmmədovun fotosunu təqdim edirik.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı