Silahlı Surixdə banka girdi

Silahlı Surixdə banka girdi
14:26 25 Dekabr 2014
68 Dünya
Ölkə mətbuatı
A- A+

İsveçrənin Sürix şəhərində İsrailin "United Mizrahi" bankına silahlı kişi girib. Bankın bir neçə işçisi tələsik qaçmağa nail olub.

ANS PRESS-in xarici KİV-lərə istinadla verdiyi məlumata görə, cinayətkar içəridə özü üçün barrikada qurub. Neçə girovun olması barədə informasiya dəqiqləşdirilir.

İsveçrə polisi bildirib ki, bu, soyğunçuluğa cəhddir. Silahlı cinayətkar bankın 4-cü mərtəbəsinə çıxaraq pul tələb edib. O, iki tapança ilə silahlanıb. Bina polis tərəfindən mühasirəyə alınıb. Gülləkeçirməz jiletlər geyinən xüsusi təyinatlı dəstənin 20 əməkdaşı artıq binaya daxil olub.

Polisin genişmiqyaslı əməliyyatı Milad bayramı ərəfəsində ənənəvi canlanmanın müşahidə olunduğu şəhərin mərkəzində təşviş yaradıb, nəqliyyatın hərəkəti pozulub, yollar bağlanıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=316180

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR