Qanlı Yanvarın canlı şahidindən möhtəşəm kompozisiya (VİDEO, FOTO)

Qanlı Yanvarın canlı şahidindən möhtəşəm kompozisiya (VİDEO, FOTO)
17:31 19 Yanvar 2015
166 Şou
Ölkə mətbuatı
A- A+

Bəstəkar Sevinc Tofiqqızı 20 Yanvar faciəsinə kompozisiya bəstələyib.

Bəstəkar ANS PRESS-ə açıqlamasında bildirib ki, o, 20 Yanvar qanlı gecənin şahidi olub və şəhidlərin əziz xatirəsinə kompozisiya bəstələmək onun borcu oluğunu qeyd edib: “20 Yanvar qanlı gecəsinin şahidi olmuşam. Mənim borcum idi 20 Yanvar şəhidlərinin əziz xatirəsinə kompozisiya bəsləmək. Bu dəhşətli cinayətdən və bu faciədə həyatını itirən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm”.

Sevinc Tofiqqızı 20 Yanvar şəhidlərimizin əziz xatirəsinə həsr etdiyi “Ümid körpüləri” adlı musiqi kompozisiyasına videofilm də çəkdirib. Klipin rejissoru Əziz Orucov, aranjimanı isə Osman Həmidova məxsusdur.

Bəstəkarın “Ümid körpüləri” adlı videofilimin təqdimatı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 20 Yanvar faciəsinə həsr olunan anım mərasimində təqdim olunub. Onu da deyək ki, adı gedən tədbirdə millət vəkilləri Qənirə Paşayeva və Ziyad Səmədzadə, təhsil nazirinin müavini Firudin Qurbanov, İçərişəhərin Ağsaqqallar Şurasının üzvləri Urxan Ələkbərov, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyev və Səadət Qəndilov iştirak ediblər.









Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=320542

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR