Azərbaycanda bilyard üzrə dünya çempionatı keçiriləcək

Azərbaycan bilyard idman növü üzrə dünya çempionatına ev sahibliyi edəcək.

Metbuat.az xəbər verir ki, bu barədə Azərtac-a müsahibəsində Azərbaycan Bilyard Federasiyasının yeni prezidenti Seymur Məmmədov məlumat verib.

Onun sözlərinə görə, yarış bu il və ya 2025-ci ildə təşkil olunacaq:

“Artıq sponsorların cəlb olunması istiqamətində danışıqlar gedir. İşimiz çoxdur, amma inanıram ki, ölkəmizdə nüfuzlu turnirlər keçirəcəyik”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR