Kasilyas Messini ələ saldı - FOTO

"Real Madrid"in keçmiş qapıçısı İker Kasilyas FİFA-nın ilin ən yaxşı futbolçusu mükafatını alan Lionel Messini ələ salıb.

Metbuat.az xəbər verir ki, səkkizinci “Qızıl top”unu alan Lionel Messi Erlinq Haalandı geridə qoyaraq, FIFA-nın ilin ən yaxşı oyunçusu mükafatını da qazanıb. Lakin argentinalı ulduzun bu uğuru "Real Madrid"in keçmiş qapıçısı İker Kasilyasın etirazına səbəb olub.

Sosial media hesabında paylaşım edən İker Kasilyas "Gözəl mükafatlar yaradırsınız və ədalətsizlik edib mükafatı əlimizdən alırsınız. Bu, daha çox zarafat kimi görünür. Hər halda, gecəniz xeyrə qalsın" deyə yazıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR