İran Pakistana hücum etdi, İslamabad cavab verdi

Pakistan Xarici İşlər Nazirliyi İran tərəfindən ölkənin hava məkanının əsassız şəkildə pozulmasını qətiyyətlə pisləyib və hücumda 2 uşağın həyatını itirdiyini, 3 qızın isə yaralandığını bildirib.

Metbuat.az xəbər verir ki, açıqlamada deyilir ki, Pakistanın suverenliyinin pozulması tamamilə yolverilməzdir və ciddi nəticələrə gətirib çıxara bilər. Bəyanatda Pakistanla İran arasında müxtəlif rabitə kanallarının olmasına baxmayaraq, bu qeyri-qanuni hərəkətin baş verməsinin daha da narahatlıq doğurduğu vurğulanıb və əlavə edilib ki, Pakistanın kəskin etirazı İran Xarici İşlər Nazirliyinin müvafiq yüksək vəzifəli rəsmisinə çatdırılıb.

Bəyanatda İranın müvəqqəti işlər vəkilinin Xarici İşlər Nazirliyinə çağırıldığı və bu vəziyyətin nəticələrinə görə məsuliyyətin birbaşa İrana aid olacağı bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR