Hərbi vəzifəlilərinin sayı sadələşdirilmiş qaydada müəyyənləşdiriləcək

Toplanışlara cəlb edilən hərbi vəzifəlilərinin sayı sadələşdirilmiş qaydada müəyyənləşdiriləcək.

Metbuat.az xəbər verir ki, bu barədə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişiklik layihəsində qeyd olunub.

Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi dəyişiklik layihəsində müvafiq icra hakimiyyəti orqanının ehtiyatında olan və toplanışlara cəlb edilən hərbi vəzifəlilərin sayının Prezidentlə razılaşdırmaqla həmin orqan tərəfindən müəyyən edilməsi nəzərdə tutulur.

Belə ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən toplanışlara cəlb edilən hərbi vəzifəlilərin sayı digər orqan (orqanlar) tərəfindən toplanışlara cəlb edilən hərbi vəzifəlilərin sayı ilə müqayisədə dəfələrlə azdır. Bu səbəbdən həmin sayın daha sadələşdirilmiş qaydada müəyyən edilməsi qanunvericilik təşəbbüsü hüququnun subyekti tərəfindən məqsədəmüvafiq hesab edilib.

Qeyd edən ki, dəyişiklik layihəsi parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiyaya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR