Aleksandr Əliyev Azərbaycandan təklif alıb

17:32 19 Yanvar 2015
96 İdman
Ölkə mətbuatı
A- A+

Ukrayna yığmasının sabiq yarımmüdafiəçisi Aleksandr Əliyev Azərbaycan klublarından təklif alıb. Fanat.az xəbər verir ki, Rusiyanın 1-ci dəstə təmsilçisi "Anji"dən qarşılıqlı razılıq əsasında ayrılan təcrübəli futbolçunun agenti Kamil Məmmədov vidalaşmağın səbəbini müştərisinin az oyun praktikası alması ilə əlaqələndirib.


Ukraynanın segodnya.ua portalına danışan Məmmədov yarımmüdafiəçiyə 2 türk klubunun, habelə Azərbaycan təmsilçilərinin maraq göstərdiyini bildirib:


"Aleksandr iki türk klubunun maraq dairəsindədi. Yaxın 2 gündə hər şeyə aydınlıq gələcək. Azərbaycan? Bu ölkənin klubları müştərimə maraq göstərirdilər. Lakin bu haqda danışmağa ehtiyac yoxdu".


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-aleksandr-liyev-azrbaycandan-tklif-alb-t17610.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR