"Tapşırıb ki, bir qadın molla tapsınlar" - Aygün Bəylərlə bağlı sirri açdı

"O, ömrünün son 6 ilini prodüseri Ramin bəylə işləyib. Onun bütün işlərini Ramin görüb. O bir sirr açdı, Maştağada Aygün Bəylər üçün bir otaq ayırmışdılar. Bu haqda heç kim bilmirdi. Aygün orada öz musiqi alətlərini saxlayırmış".

Metbuat.az bildirir ki, bu sözləri "Elgizlə izlə" verilişində aktyor Qorxmaz Əlili deyib. O bildirib ki, Aygün Bəylər “Mehribaniyyə” oratoriyasını o otaqda yazıb:

"Amma görüb ki, sonu alınmır, bir insandan xahiş edib ki, Quranı öyrənmək üçün qadın molla tapsın. Fikirləşib ki, Allah vergi veribsə, nəsə çatmır, Allahın yanında günahkardır və bu oratoriyanı bitirə bilmir, zaman da getmir. Molla ona 3-4 aya Quranı öyrədib. Ərəb dilini öyrənəndən sonra qayıdır həmin otağa və “Mehribaniyyə”ni yazıb.

Aktyor bildirib ki, Aygün Bəylər xəstəxanada prodüseri Raminin qucağında vəfat edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR