Bu ölkə İrana hücum etdi - Ölənlər var

Pakistanın hərbi hava qüvvələri İranın ərazisinə daxil olaraq zərbələr endirib.

Metbuat.az CNN-ə istinadən xəbər verir ki, əməliyyatlar barədə Pakistan XİN-in açıqlamasına görə, "Marg Bar Sarmachar" adlı əməliyyat ilə Sistan və Bəlucistandakı terrorçu sığınacaqları uğurla vurulub.

Sistan və Bəlucistan rəsmilərindən Alireza Marhamati dövlət televiziyasına açıqlamasında bildirib ki, hücumlar nəticəsində ən azı 7 ölü var və ölənlər arasında 3 qadın, 4 uşaq mövcuddur.

Xatırladaq ki, bundan bir gün öncə Pakistanın hava sahəsi İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Ceyş əl-Ədl” qruplaşması tərəfindən pozulmuşdu. Pakistan tərəfinin açıqlamasına görə, hücum nəticəsində 2 uşaq və 3 qız həyatını itirib. Bundan sonra Pakistan İrandakı səfirini geri çağırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR