Çin İran və Pakistana vasitəçilik təklif etdi

Çinin Kəraçidəki baş konsulu Yanq Yundonq bildirib ki, ölkəsi Pakistan və İran arasında gərginliyin azaldılmasında konstruktiv rol oynamaq istəyir.

Metbuat.az xəbər verir ki, “Geo News” televiziyasına danışan Yanq Pakistan və İranın regionun və İslam dünyasının iki böyük ölkəsi olduğunu ifadə edərək, Pekin rəhbərliyinin İslamabad və Tehran arasındakı fikir ayrılıqlarının danışıqlar və sülh yolu ilə həll olunacağına ümid etdiyini vurğulayıb.

Qeyd edək ki, İran Pakistanın Bəlucistan əyalətindəki terror təşkilatlarının düşərgələrini hədəfə aldığını açıqlamışdı. Ardınca Pakistan ordusu İranın Sistan-Bəlucistan əyalətinə hücumu etdiyini və çox sayda terrorçunun zərərsizləşdirildiyini bəyan edib. Gərginlikdən sonra Pakistan Tehrandakı səfirini geri çağırıb və Tehrana məlumat verib ki, hazırda İranda olan İranın İslamabaddakı səfiri bir müddət geri qayıtmaya bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR