​6-cı dəfə qovulan Mourinyo təzminatlarla “dolanırmış”

“Benfika”, “Portu”, “Çelsi”, “İnter”, “Real Madrid”, “Mançester Yunayted” və “Tottenhem” kimi klubları çalışdıran baş məşqçi Joze Mourinyonun “Roma” macərası da başa çatıb.

Metbuat.az xəbər verir ki, “Roma”dan qovulan Joze Mourinyo karyerası boyunca sadəcə təzminatlardan sərvət qazanıb. “Roma” Joze Mourinyonu qovduğuna görə, ona 3 milyon funt-sterlinq təzminat ödəyib. O bundan əvvəlki klublardan qovulduğuna görə, ümumilikdə 85,5 milyon funt-sterlinq təzminat alıb. Joze Mourinyo 2007-ci ildə "Çelsi"dən 18 milyon funt-sterlinq, 2013-cü ildə "Real Madrid"dən 17 milyon funt-sterlinq, 2015-ci ildə yenidən "Çelsi"dən 12,5 milyon funt-sterlinq, 2018-ci ildə "Mançester Yunayted"dən 17 milyon funt-sterlinq, 2021-ci ildə “Tottenhem” klubundan isə 18 milyon funt-sterlinq təzminat alıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR