"Cip"də gəzənlər tramvaydan istifadə edəcək? - İlqar Hüseynov

“Bakı şəhərinin Baş planı şəhər nəqliyyatında intensivliyin azalmasına, sıxlığa təsir edəcək qədər cəzbedici görünmür”.

Bu fikirləri Metbuat.az-a nəqliyyat üzrə ekspert İlqar Hüseynli edib. Layihə barədə danışan ekspert hesab edir ki, istisna olaraq Sumqayıt-Bakı arasında paytaxtın bir neçə istiqamətinə yol ötürücülərinin tikintisi Bakı-Sumqayıt şossesində sıxlığın aradan qaldırılmasına köməklik göstərə bilər:


“Bakı şəhərində daxili sıxlığın yaranmasına səbəb birbaşa parklama ilə bağlıdır. Həm şəhərin parklama imkanları kifayət qədər məhduddur, həm də alternativ nəqliyyat sistemindən istifadə edənlərin sayı azdır. Mən burada alternativ nəqliyyat sistemi dedikdə velosipedlərdən, mopedlərdən, digər aztutumlu nəqliyyat vasitələrindən istifadəni nəzərdə tuturam.

Baş plan çərçivəsində tramvay yollarının bərpası planlaşdırılır. Çox maraqlıdır, bəzi vətəndaşlarımız bahalı “cip”lərini qoyub həmin o tramvaylardan istifadə edəcəklərmi?. Sadaladığım faktorlar bir-biri ilə sıx bağlıdır. İndidən 2040-cı ilə qədər “Baş plan tam olaraq yekunlaşacaq və hər şey gözəl olacaq”,- demək çox çətindir”.

Paytaxtda tramvay xəttlərinin bərpasının üstünlükləri barədə danışan ekspert bildirib ki, vətəndaşlar istədikləri yerə rahat, zamanında gedib qayıda biləcəklər. Bununla belə İlqar Hüseynli vurğulayıb ki, indidən planın reallaşması ilə bağlı sevinmək tez olardı:

“Bakının Baş planını diqqətdən keçirən zaman orada müəyyən qədər sual yaradan məqamlar olduğunu görə bilərik. Paytaxtın intensiv nəqliyyat sıxlığının, tıxacların aradan qaldırılması üçün daha geniş, təsirli planların həyata keçirilməsinə ehtiyac var”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR