Xavi istefa verə bilər

Xavi İspaniyanın "Barselona" komandasının baş məşqçi postunu tərk edə biləcəyini söyləyib.

Metbuat.az xəbər verir ki, mütəxəssis Kataloniya təmsilçisinin rəhbərliyinin qarşısına qoyduğu məqsədlərə nail ola bilməsə, klubu tərk edəcəyini deyib.

İspaniyalı baş məşqçi "Barselona"ya gəldiyi vaxtı xatırlayıb: "Mən buraya gələndə ən azı 4-cü yeri tutmağı tələb etdilər, ikinci olduq. Ötən il həfəf La Liqanı qazanmaq idi. Bu il isə vacib titullar - ölkə kuboku, liqa və Çempionlar Liqasıdır. Məqsədlərə çata bilməsək, gedəcəyəm. Biz uğura uğursuzluqdan daha yaxınıq".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR