Bu şəxslərə pulsuz avtomobil verildi - FOTO

Yanvarın 19-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Birinci Qarabağ müharibəsi əlillərinə və hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə daha 70 avtomobil verilib.

Metbuat.az xəbər verir ki, avtomobillərin sənədlərini əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev təqdim edib.

Tədbirdə həssas əhali qruplarından olan şəxslərlə bağlı davamlı olaraq mühüm sosial proqramlar icra olunduğu bildirilib.

Qeyd olunub ki, Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonra da şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanların mənzil və fərdi evlərlə təminatı tədbirləri davam etdirilir. Həmçinin müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə avtomobillər verilir. Bu gün Birinci Qarabağ müharibəsi əlillərinə və hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə təqdim edilən 70 avtomobil də daxil olmaqla postmüharibə dövründə 500-dək, ümumilikdə ötən dövrdə 7600-dən çox avtomobil imtiyazlı kateqoriyadan olan şəxslərə verilib.

Şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı nazirlik tərəfindən icra olunan sosial dəstək paketi çərçivəsində mənzil və fərdi evlə təminat proqramı beş dəfə genişlənib.

Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 2023-cü ildə 1500, postmüharibə dövründə 6000, ümumilikdə ötən dövrdə 14800 mənzil və fərdi ev verilib.

Müharibə ilə əlaqədar əlilliyi olan şəxslər onlara göstərilən hərtərəfli qayğıya, yeni avtomobillərlə təmin olunduqlarına görə minnətdarlıqlarını ifadə ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR