Mbappeyə fantastik təklif - "Real" geri çəkildi

Fransanın PSJ klubu hücumçusu Kilian Mbappeyə 400 milyon avro təklif edib.

Metbuat.az “RMC Sport”a istinadən xəbər verir ki, Paris təmsilçisi 25 yaşlı hücumçu ilə yeni 4 illik müqavilə imzalamaq niyyətindədir.

Fransa millisinin üzvü təklifi qəbul etsə, illik məvacibi 100 milyon avro təşkil edəcək. Reklam gəlirləri və mükafatlar bura daxil deyil. Mbappeni İspaniyanın “Real” klubu da heyətinə qatmaq niyyətindədir. Ancaq madridlilər ona bu qədər pul ödəməyə hazır deyillər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR