İranlı futbolçulara "selfi" qadağası

İranlı futbolçulara "selfi" qadağası
17:33 19 Yanvar 2015
104 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir Məftun Salmanov/

Avstraliyada keçirilən Asiya Kubokunda mübarizə aparan İran millisinin futbolçularının qadın azarkeşlərlə "selfi" çəkdirməsi ölkədəki siyasətçilərin tənqidinə tuş gəlib.

Trend-in "Radikal" qəzetinə istinadən verdiyi məlumata əsasən, futbolçular bundan sonra qadın azarkeşlərlə "selfi" çəkdirə bilməyəcəklər.

Məlumata görə, İran Futbol Federasiyası futbolçulara məsələ ilə bağlı xəbərdarlıq edib. Federasiya qərarını onunla əsaslandırıb ki, qadınlar həmin fotoları İrana qarşı "siyasi fidyə" kimi istifadə edə və ya təcavüz səbəbi ilə futbolçulara qarşı cinayət işi açdıra bilərlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2354928.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR