"Jirona" "Real"ı taxtdan belə saldı - VİDEO

İspaniya La Liqasının 21-ci turu çərçivəsində “Jirona” “Sevilya”nı qəbul edib.

Metbuat.az xəbər verir ki,matç “Jirona”nın qələbəsi ilə başa çatıb. "Jirona" 0-1 hesabı ilə geriyə düşməsinə baxmayaraq, 5 qol vurub.

Beləliklə, bu qələbə ilə “Jirona” 52 xalla turnir cədvəlində zirvəyə qayıdıb. Liderin ən yaxın təqibçisi 51 xalla “Real”dır. “Kral klubu”nun ehtiyatında bir oyun var. Uğursuz mövsüm keçirən “Sevilya”nın isə 21 oyundan sonra 16 xalı var.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR