Oqtay Şirəliyevin vəziyyəti ilə bağlı bacısından AÇIQLAMA - YENİLƏNİB

Sabiq səhiyyə naziri Oqtay Şirəliyevin bacısı Rəna Şirəliyeva qardaşının səhhəti ilə bağlı açıqlama verib.

Metbuat.az xəbər verir ki, Rəna Şirəliyeva Qaynarinfo-ya açıqlamasında keçmiş nazirin səhhətinin hazırda normal olduğunu deyib:

"Oqtay müəllimin səhhəti hazırda normaldır və özünü yaxşı hiss edir. Onun vəziyyətinin ağır olması ilə bağlı məlumatı hardansa eşidib, yazırsız... Amma mən deyirəm ki, səhhəti normaldır".

Rəna Şirəliyeva Oqtay Şirəliyevin xaricdə müalicə alıb-almaması xəbərinə isə belə reaksiya verib:

"Dedim ki, Oqtay müəllimin səhhəti normaldır, özünü yaxşı hiss edir".

***

14:13

Sabiq səhiyyə naziri Oqtay Şirəliyevin müalicə üçün Türkiyəyə aparıldığı deyilirdi.

Metbuat.az Bakupost.az-a istinadən xəbər verir ki, Oqtay Şirəliyevin xərçəng xəstəliyindən əziyyət çəkdiyi məlum olub. Bununla bağlı dəfələrlə Almaniya və Türkiyədə müalicə alsa da, beynində olan şiş metastaz verib.

Xəstəliyin sürətlə inkişaf etməsi keçmiş nazirin həkimlərin tövsiyələrinə əməl etməməsi, bu problemə ciddi yanaşmaması ilə əlaqələndirilir.

Hazırda Türkiyədə müalicə alan 73 yaşlı eks-nazirin vəziyyətinin ağır olduğu bildirilir.

Xatırladaq ki, Oqtay Şirəliyev Prezident İlham Əliyevin Sərəncamı ilə 23 aprel 2021-ci ildə səhiyyə naziri vəzifəsindən azad edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı