Messi baş məqşçi ilə mübahisə etdi

Argentina millisinin kapitanı Lionel Messi ilə baş məşqçi Lionel Skaloni arasında Uruqvaya məğlub olduqları oyundan (0:2) sonra münaqişə yaranıb.

Metbuat.az xəbər verir ki, tərəflər arasında qarşıdurma oyundan əvvəl başlayıb, lakin məğlubiyyətdən sonra millinin futbolçularının özəl məclisdə olması haqda şayiələr yayıldıqdan sonra daha da şiddətlənib. Skaloni bundan qəzəblənib və deyib ki, bir neçə gündən sonra komanda regionun ən döyüşə hazır komandası ilə oyun keçirməli olacaq. Noyabrın 17-də Uruqvayla oyun baş tutub və beş gün sonra argentinalılar Braziliyaya 1:0 hesabı ilə qalib gəliblər. Braziliya ilə oyundan sonra Skaloni 2024-cü ilin yayında Amerika Kubokundan sonra Argentina millisindən ayrılmağı planlaşdırdığını bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR