Bu nəqliyyat vasitələri inzibati məsuliyyət yaradır - AYNA-dan XƏBƏRDARLIQ

Avtobusların hərəkəti üçün nəzərdə tutulan zolaqda digər nəqliyyat vasitələrinin hərəkət etməsi inzibati məsuliyyət yaradır.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, ictimai nəqliyyatın hərəkətinə maneə yaradan sürücülərə qarşı aidiyyəti qurum tərəfindən qanuna müvafiq tədbirlər həyata keçirilir.

AYNA sürücüləri avtobus zolaqlarının tələblərinə riayət etməyə çağırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR