İctimai Şuranın sədri məktəblinin qətlindən danışdı: "Nəzarət mexanizmi tam formalaşmayıb"

“Uşaqların müdafiə mexanizminin qurulması nə tam məktəbin, nə valideynin, nə hansısa başqa bir qurumun öhdəliyi deyil”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova deyib. Gəncədə yeniyetmənin qətli hadisəsinin cəmiyyət üçün üzücü bir məsələ olduğunu ifadə edən Şuranın sədri bildirib ki, uşaqların müdafiə mexanizmi vəhdət şəklində həyata keçirilən bir siyasət olmalıdır.

 "Azərbaycanın ərazi bütövlüyü ən önəmli məsələlərdən biridir" -

“Biz yeniyetmə yaşında olan gənclərin hisslərini, yaş dövrünü anlayırıq. Amma nəzərə alaq ki, bu zorakılıq faktları da dünyanın hər yerində baş verən hadisədir. Çox təəssüf olsun ki, xüsusilə bu yaş qrupunda, belə hadisələrin sarsıdıcı təsirləri olur, çünki onların indi ali və yaxud peşə məktəbinə hazırlaşan, gələcək həyatlarını formalaşdırdıqları bir dövrdür. Ümumiyyətlə, uşaq müdafiə siyasəti vəhdət şəklində həyata keçirilib düzgün işlənməlidir. Burada valideynlər də məlumatlandırılmalıdır. Mütəmadi olaraq uşaqlar zorakılıq əleyhinə onunla mübarizə, davranış qaydaları ilə bağlı bilgiləndirilməlidir. Sözsüz ki, icma da buna bir ictimai nəzarət mexanizmini formalaşdırmalıdır. Amma təəssüf olsun ki, bizdə hələ o mexanizm, əlaqəni qurmaq tam formalaşmayıb”.

Günel Səfərova hesab edir ki, bu kimi həssas məsələlərdə məktəbin, valideynlərin, icmanın və uşaqların məsuliyyəti var:

“Gəncədə baş verən hadisə dərindən araşdırılmalıdır. Gələcəkdə bu cür nəticələnməməsi üçün ciddi uşaq müdafiə siyasəti üzərində işləmək lazımdır. Bu hadisə belə məsələləri ictimai müzakirə etmək üçün təkan olacaq. Allah məktəbliyə rəhmət etsin. Hadisə baş verəndən sonra post faktum yox, situativ yox, preventiv nə edə bilərdik deyə düşünməliyik. Əminəm ki, belə bir hadisənin baş verməsini, heç bir tərəf, subyekt istəməzdi. İndi diqqət məsələnin məğzinə yönəldilməlidir. Uşaqlara dərsdənkənar qeyri-formal biliklərin verilməsi, uşaq müdafiə sistemini hərtərəfli qurmağa çalışmaq çətin prosesdir. İnkişaf etmiş ölkələr də bu kimi problemləri var. Amma bu məsələlərin ölümlə nəticələnməməsi üçün kifayət qədər qarşısını almaq, azaltmaq da mümkündür.”

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı