Müsəlman qadınlarından qeyri-adi aksiya (VİDEO)

Müsəlman qadınlarından qeyri-adi aksiya (VİDEO)
17:36 19 Yanvar 2015
105 Dünya
Ölkə mətbuatı
A- A+

Amerika Birləşmiş Ştatlarında müsəlman qadınları maraqlı aksiya keçiriblər.

ANS TV-nin məlumatına görə, bir qrup qadın ABŞ-ın paytaxtı Vaşinqtonda Ağ Evin qarşısında dayanıb və müxtəlif millətlərin nümayəndələrinə qızılgül paylayıb. Məqsəd isə son vaxtlar baş verən terror aktlarında İslam izinin axtarılmasına etirazdır. Müsəlman qadınları İslamın dinin terrorla yanaşı tutulmasına etiraz əlaməti olaraq məhz belə bir addım atıblar. Qadınlar amerikalılara, turistlərə qızılgül paylamaqla İslamın əslində sülh və barış dini olduğunu göstərmək istəyiblər. İnsanlarla qısa söhbət edən müsəlman qadınlar aksiyalarının məqsədi barədə məlumat veriblər.

Aksiya iştirakçısı Şükriyyə Yıldırım qeyd edir ki, məqsədləri İslamın terrorla heç bir əlaqəsinin olmadığını bütün dünyaya göstrəməkdir. O, bununla müsəlmanların sülhü dəsətəklədiyini bildirmək istədiklərini deyir. Onun sözlərinə görə, sadəcə bəzi media orqanları bunu məqsədli şəkildə təbliğ etmək istəyirlər.

Mənbə
ANS TV



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=320574

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR