Mourinyo Barselonada - Sürpriz gəlişmə

"Roma"dan istefaya göndərilən Joze Mourinyo Barselona şəhərində görüntülənib.

Metbuat.az xəbər verir ki, Hava limanında Mourinyonu görən jurnalistlər ondan Barselonaya niyə gəldiyini soruşublar. Jurnalistlərin onun "Barselona"nın yeni baş məşqçisi olub-olmayacağı sualına Mourinyo gülümsəyərək cavab verib.

Qeyd edək ki, Joze Mourinyonun Səudiyyə Ərəbistanının “Əl-Şabab” klubu ilə razılığa gəldiyi irəli sürülmüşdü. Ardınca onun “Napoli” ilə danışıqlar apardığı deyilib. Həmçinin Mourinyonun agentinin məşqçini “Barselona”ya təklif etdiyi barədə iddialar var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR