Sərhədlər müəyyənləşməsə də, strateji yüksəkliklər Azərbaycanın nəzarətindədir - Politoloq

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Azərbaycan-Ermənistan delimitasiya komissiyalarının növbəti görüşü barədə razılıq əldə olunduğunu bildirib.

Mözvu ilə bağlı Metbuat.az-a danışan Politoloq Elxan Şahinoğlu bildirib ki, hər iki ölkələrin sərhəd komissiyaları formalaşıb.

“Mütəmadi görüşlər keçirməkdə zərurət var və bu görüşlər bir neçə dəfə həyata keçirilib. Bu demək deyil ki, bu görüşlərdən sonra ciddi bir nəticə çıxacaq. Amma prosesin davam etməsi, müzakirələrin aparılması məncə faydalıdır ki, gərginlik olmasın.

Ekspert vurğulayıb ki, daha öncə sülh sazişi imzalanmalıdır.

“Sərhədlərlə bağlı danışıqlar uzun illər aparıla bilər. Gürcüstan örnəyi var. Gürcüstan Azərbaycanın strateji tərəfdaşıdır, buna rəğmən Gürcüstanla sərhədin sadəcə 70 faizi müəyyənləşdirilib. Amma bu, həm də ona şərait yaradır ki, biz Gürcüstanla əməkdaşlıq edək. Yəni əsas sülh sazişidir, bu saziş imzalanmalıdır. Amma sərhəd danışıqları, kommunikasiya xəttlərinin açılması, bu yəqin ki, uzun müddət davam edəcək . Bu məsələ Azərbaycan üçün böyük problem yaratmır. Çünki, sərhədlər müəyyənləşməsə belə, sərhəddə strateji yüksəkliklər Azərbaycanın nəzarəti altındadır”.

Seyranə Quliyeva / Metbuat.az





Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR