Azərbaycanda miqrantlar arasında QİÇS-ə yoluxma halları aşkarlandı - Səhiyyə Nazirliyi

Azərbaycanda əsasən narkotik istifadəçiləri, transgenderlər əsas risk qruplarına daxildir.

Metbuat.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova Səhiyyə Nazirliyinin rəsmi “İnstagram” səhifəsindəki canlı yayımda IIV/QİÇS haqqında danışarkən deyib.

O bildirib ki, sağlam insanlar məlumatsız olduğu halda, xüsusən gözəllik salonlarında istifadə olunan alətlərdən bu virusa yoluxa bilirlər.

“Miqrantlar arasında bu xəstəliyin yoluxma halları müşahidə edilir”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı