"Qalatasaray"dan sürpriz həmlə - Benzema qərarını verdi

“Qalatasaray” “Əl-İttihad”ın futbolçusu Kərim Benzemanı transfer etmək üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, baş direktoru Erden Timur kluba yeni oyunçular cəlb etmək üçün danışıqlara başlayıb. O, əlaqələrindən istifadə edərək bir sıra hücumçuların transfer məsələsi ilə bağlı danışıqlar aparıb. Məlumata görə, onların arasında Kərim Benzema da var. Bildirilir ki, “Qalatasaray” nümayəndələri Kərim Benzemanın Türkiyədəki dostu siyasətçi Mustafa Demirlə görüşüb. Bildirilir ki, danışıqlar məhsuldar keçib. Eden Timur Kərim Benzema barədə aldığı məlumatdan məmnun qalıb. Məlumata görə, “Qalatasaray” Kərim Benzemanı icarəyə götürmək istəyir.

Qeyd edək ki, Kərim Benzemanın Səudiyyə Ərəbistanından ayrılmaq istədiyi barədə xəbərlər dərc edilib. O Avropaya qayıtması barədə qərar verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR