"Real" - "Almeriya" matçının nəticəsi ləğv edilir? - Qalmaqal

Sosial mediada İspaniya La Liqasında 3-2 hesabı ilə başa çatan "Real Madrid" - "Almeriya" matçının nəticəsinin ləğvi ilə bağlı çağırışlar edilib.

Metbuat.az xəbər verir ki, bəzi ispan azarkeşlər “Real Madrid”in qollarında qayda pozuntularının olduğunu irəli sürüb. Lakin yerli media yazır ki, oyunun nəticəsinin ləğv edilməsindən söhbət gedə bilməz. Lakin futbol federasiyası hakimlərin qərarlarında səhv olduğunu hesab edərsə, onların özünə hansısa cəzalar tətbiq edilə bilər.

Qeyd edək ki, “Real Madrid” - “Almeriya” matçında hakimin və VAR-ın qərarları ilə bağlı müzakirələr var. İlk hissə “Almeriya”nın 2-0 üstünlüyü ilə başa çatsa da ikinci hissədə “Real Madrid” vurduğu qollarla 3-2 hesabı ilə qazanıb. “Barselona”nın baş məşqçisi Xavi Hernandez qərarları tənqid edərək, "Bizim nəzarət edə bilmədiyimiz şeylər var və hamı bunu gördü. Bunlar bəhanə deyil, faktlardır” deyə bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR