Leyla Həsənovaya vəzifə verildi

Leyla Həsənova COP29-un Azərbaycan üzrə "Gənclər İqlim Çempionu” təyin edilib.

Metbuat.az xəbər verir ki, hazırda Leyla Həsənova Qoşulmama Hərəkatının Gənclər Təşkilatında Katibliyin rəhbəri vəzifəsində çalışır.

O, ADA Universitetində Beynəlxalq tədqiqatlar üzrə bakalavr təhsili alıb. Daha sonra Dövlət idarəçiliyi üzrə magistr dərəcəsi alıb, o cümlədən Türkiyənin Kadir Has Universitetində Siyasət və Beynəlxalq münasibətlər üzrə akademik mübadilə proqramında iştirak edib.

Təhsil aldığı müddət ərzində iqlim dəyişikliyi, davamlı inkişaf, bərpaolunan enerji resursları, gənclər, gender və iqlimə davamlılıq kimi bir sıra mövzuda araşdırmalara və analitik təhlillərə rəhbərlik edib.

O, həmçinin Birləşmiş Millətlər Təşkilatının Sistem Heyətləri Kollecini və təşkilatın Fəlakət Riskinin Azaldılması məktəbini (kursunu) uğurla bitirib. Orada təhsil alarkən "Düşüncə Liderlik Kursu – Fəlakət Riskinin Azaldılması və İqlim Dəyişikliyinə Adaptasiya olmağın Sinerjiləşdirilməsi (birləşdirilməsi)”, "Gənclik, Sülh və Təhlükəsizlik” və "Digital4Sustainability Learning Path” kimi kurslarda iştirak edib.

Leyla Həsənova əvvəllər İnkişaf və Diplomatiya İnstitutunda Proqram koordinatoru vəzifəsində çalışıb. O, burada korporativ sektorlar və dövlət qurumları üçün rəhbər təhsil proqramlarının idarə edilməsinə cavabdeh olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı