Bakıda mikroavtobus qəzaya uğradı, ölən və yaralılar var

Bakıda mikroavtobus qəzaya uğrayıb.

Metbuat.az-ın məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu ərazisində baş verib. Xəzər RPİ-nin növbətçi hissəsindən rayon prokurorluğuna Xəzər rayonu, Qala qəsəbə sakini 1972-ci il təvəllüdlü Məmmədov Eldəniz Yaqub oğlunun idarə etdiyi “Hyundai Santafe” markalı avtomaşınla Qala avtomobil yolunun kənarında dayanmış 1971-ci il təvəllüdlü Qarayev Asif Bəhram oğlunun idarə etdiyi “Mersedes Vito” markalı avtomaşını vurması barədə məlumat daxil olub. Nəticədə “Mersedes Vito” markalı avtomaşında olan sərnişin 1978-ci il təvəllüdlü Rüstəmov Rüstəm Vəzir oğlu hadisə yerində vəfat edib, 1994-cü il təvəllüdlü Məmmədov Əbdül Mustafa oğlu, 1968-ci il təvəllüdlü Vəliyeva Elmira Ələkbər qızı, Məmmədov Eldəniz Yaqub oğlu və İmanova Əfsanə Qocəli qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Fakta bağlı Xəzər RPİ-nin İstintaq şöbəsində cinayət işi başlanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR