"Real"a getmək istəyən Mbappeyə 400 milyonluq təklif - Planlar dəyişdi

PSJ Kiliyan Mbappeni klubda saxlamaq üçün fantastik təklif irəli sürüb.

Metbuat.az xəbər verir ki, PSJ-nin Mbappeyə 400 milyon avro təklif etdiyi iddia edilir. “RMC Sport”a danışan mənbələr bildirib ki, PSJ Mbappeyə illik 100 milyon avro məvacib olmaqla 4 illik müqavilə təklif edib. Mbappenin hələ qərarını vermədiyini bildirib.

Qeyd edək ki, “Real Madrid”ə transfer olmaq istədiyi iddia edilən Mbappenin hələlik “Real Madrid”lə məvacib məsələsində razılığa gələ bilmədiyi irəli sürülür. Xarici KİV-lərin məlumatına görə, “Real” Mbappeyə 100 milyon avro civarında imza pulu verəcək. Tərəflər bununla bağlı razlaşıb. Lakin məvacib məsələsində razılığa gəlinməyib. Mbappe “Real”dan illik 70 milyon avro məvacib tələb edir. “Real” isə Mbappeyə 35 milyon avrodan çox məvacib ödəmək istəmir. “Real”ın prezidenti Florentino Peres Mbappeyə yüksək məbləğ ödəyərək klubdakı məvacib balansını pozmaq, futbolçular arasında narazılıq yaratmaq istəmir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR