İrəvanda məşhur sayt rəhbərinin avtomobili yandırıldı - VİDEO

İrəvanda NewsPress.am saytının rəhbəri Arianna Hovsepyanın avtomobili yandırılıb.

Metbuat.az erməni mediasına istinadən xəbər verir ki, hadisə bu gün gecə saat 01:15 radələrində baş verib. Xilasetmə Xidmətinə Parpetsi küçəsində avtomobilin yanması barədə məlumat daxil olub. Hadisə yerinə xilasedicilər cəlb olunub. Onlar hadisə yerinə çatmamış ev sahibi və digər vətəndaşlar yanğını söndürməyə çalışıblar.

Avtomobilin NewsPress.am saytının rəhbəri Arianna Hovsepyana məxsus olduğu deyilir.

İlkin məlumata görə, avtomobilin markası “Range Rover Sport"-dur.

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR