Zaurun verilişinin yayımı buna görə dayandırıldı

"ATV" telekanalında yayımlanan "Bizimləsən" proqramının efir yayımı yarımçıq dayandırılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Demokrat.az-a telekanaldan məlumat daxil olub.

Məlumata görə, bu gün "Bizimləsən" verilişinin yayımı zamanı efirdə qeyri-etik hərəkətlərə yol verilib. Baş verən bu haldan dərhal sonra "Bizimləsən" proqramının yayımı yarımçıq dayandırılıb.

Məsələ ilə bağlı "Bizimləsən" verilişinin aparıcısı Zaur Baxşəliyev Demokrat.az-ın telefon zənglərinə cavab verməyib.

Xatırladaq ki, teleaparıcı Zaur Baxşəliyevin müəllifi olduğu “Bizimləsən” verilişinin yayımının dayandırılması ilk hal deyil. Bundan öncə də sözügedən verilişin yayımı dayandırılmışdı və buna görə telekanal cərimələnmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR