Hərbi qulluqçumuz Çin Hərbi Akademiyasını fərqlənmə ilə bitirdi - FOTO

Çinin Nankin şəhərində yerləşən Çin Xalq Azadlıq Ordusunun Quru Qoşunları Akademiyasının “Orta Komanda Kursu”nun növbəti buraxılış mərasimi keçirilib.

Metbuat.az xəbər verir ki, Azərbaycan Ordusunun zabiti polkovnik-leytenant Elxan Fərzəliyev akademiyanı fərqlənmə ilə bitirərək qırmızı diploma və əlaçı döş nişanına layiq görülüb.

Qeyd edək ki, bu il ali hərbi təhsil müəssisəsində 55 ölkədən 73 xarici hərbi qulluqçu təhsil alıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR