"Azəriqaz" 100 min mənzilə baxış keçirdi

"Azəriqaz" İstehsalat Birliyi Azərbaycanda bu günə qədər 100 minə yaxın mənzildə müayinə həyata keçirib.

Metbuat.az-ın məlumatına görə, bunu "Azəriqaz" İstehsalat Birliyinin Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi (SƏTƏM) və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov deyib. O bildirib ki, bu rəqəm Bakı şəhəri üzrə 30 mindir:

“2022-ci ildən qaz təsərüfatına dair qanuna edilən dəyişikliyə əsasən, istehlakçıların qaz qurğularının müayinəsi həyata keçirilir. Bu proses 2024-cü ildə də uğurla davam etdirilir. Müayinə prosesi, qaz təsərrüfatında nöqsan və pozuntuların aşkar edilməsi nəticəsində istehlakçıların mənzilində keçirilən texniki baxışdır. Qaz paylayıcısının işçilərinin müayinə keçirəcəyi tarixdən beş gün əvvəl istehlakçıya məlumat verilir. İstehlakçıya təqdim edilən bildirişdə bütün detallı məlumatlar əks olunur. Daha sonra Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları istehlakçının mənzilinə daxil olur. Bəzən istehlakçı qapısını açsa da, müayinənin keçirilməsinə şərait yaratmır. Müayinə keçirilməsinə maneə yaradılarsa, “Azəriqaz” əməkdaşlarının qaz verilişini dayandırması hüququ var”.

İlkin Behbudov qeyd edib ki, əgər istehlakçı evdə yoxdursa, ailənin yetkinlik yaşına çatmış üzvlərindən birinin iştirakı ilə müayinə baş tuta bilər:

“İstehlakçıya müayinə zamanı iki səhifədən ibarət akt imzalatdırılır. Aktda müayinənin nəticələri qeyd olunur. Bir ay ərzində müayinədə aşkar edilmiş problemlər həll edilməlidir”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı