Bu mənzillərə qazın verilişi dayandırılacaq - RƏSMİ

“Bəzi hallarda mənzillərdə mətbəxin yeri yaşayış otaqları ilə dəyişdirilir. Layihədən kənar görülən bu iş qaz təchizatı normalarına ziddir”.

Bu sözləri "Azəriqaz" İstehsalat Birliyinin Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi (SƏTƏM) və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov deyib.

O əlavə edib ki, ümumiyyətlə, həmin əraziyə qaz xəttinin çəkilməsi qadağandır:

“Əgər otağın eni 4 metrdirsə, 6 metrlik boru ilə tranzit qaz keçidi edə bilərlər. Bizim kiminsə mətbəxini sökmək səlahiyyətimiz yoxdur, amma abonent şərtlərə riayət etmədiyi təqdirdə qaz verilişi dayandırıla bilər. Mətbəxin ölçülərinin kiçildilməsi zamanı normativlər nəzərə alınmalıdır. Bu zaman 4 gözlü üçün 15 kub metrdən yuxarı, 3 gözlü üçün 12 kub metrdən az olmayan, 2 gözlü üçün isə 8 kub metrdən az olmayan həcm tələb olunur.

Göstərilən həcm az olduğu halda, biz onu nöqsan kimi qeyd edirik. Çünki, yanan qazın həcminə uyğun oksigen olmalıdır. Əks halda, dəm qazından zəhərlənmə halları baş verə bilir.

Bu vəziyyət həmin anda istehlakçını zəhərləməsə də, zamanla onun sağlamlığında ciddi problemlərə, xəstəliklərə səbəb olur”.

Gülbəniz Hüseynil / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı