Qazla bağlı nöqsanların aradan qaldırılmasına verilən müddət açıqlandı

"Azəriqaz" İstehsalat Birliyi mənzillərində qaz təchizatında aşkarlanan nöqsanların aradan qaldırılmasına verilən 30 gün müddətlə bağlı məsələlərə aydınlıq gətirib.

Metbuat.az-ın məlumatına görə, “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev qeyd edib ki, vətəndaşlar müddətin az olduğundan gileylənsələr də, “Azəriqaz” İstehsalat Birliyi qaydalara əsaslanaraq bu işləri icra edir: "Hər hansı bədbəxt hadisə baş verəndə, birinci “Azəriqaz” İstehsalat Birliyi sorğuya çəkilir. Biz də bu hadisələrin yaşanmaması üçün qabaqcadan tədbirlər görürük. Bu bizə rəsmi, qanuna uyğun olaraq verilən səlahiyyətdir ki, onu icra edirik. Bu kimi nöqsanların aşkar edilməməsi üçün qabaqcadan abonentlər məhsuliyyətli davranmalıdırlar. Onlar bunun qeyri-qanuni olduğunu bilməliydilər. Bu baxımdan abonentlərin anlayışlı olacaqlarına inanırıq”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı