Ermənistanın baş naziri Gürcüstana səfər edəcək

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Gürcüstana işgüzar səfər edəcək və gürcü həmkarı İrakli Qaribaşvili ilə görüşəcək.

Metbuat.az Gürcüstan mediasına istinadən xəbər verir ki, bu barədə Gürcüstanın hökumət administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Gürcüstan və Ermənistan baş nazirlərinin təkbətək görüşündən sonra onların rəhbərliyi ilə Gürcüstan-Ermənistan hökumətlərarası iqtisadi komissiyasının iclası keçiriləcək.

Bundan əlavə, hökumət başçıları mətbuata birgə bəyanatla çıxış edəcəklər.

Qeyd edək ki, Gürcüstan və Ermənistan diplomatik əlaqələri 1992-ci ilin iyulunda qurub. Ölkələr ticarət, nəqliyyat, enerji və turizm sahələrində əməkdaşlıq edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR